Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Vaşinqton, 20 may, AZƏRTAC
Rusiya ilə Ukrayna arasında münaqişənin hərbi yolla həlli yoxdur.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Dövlət katibi Marko Rubio Senatın Xarici əlaqələr komitəsi qarşısında ifadəsi zamanı deyib. O bildirib ki, müharibə danışıqlar yolu ilə həll olunmalıdır.
“Bizim bu məsələdə əsas problemimiz ondan ibarətdir ki, Rusiya onların hazırda sahib olmadığı və haqqı olmayan şeyləri, Ukrayna isə hərbi yolla geri ala bilməyəcəklərini istəyir”,- deyə Rubio əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton