Rubio: Rusiya və Ukrayna qarşılıqlı kompromislərə getməlidir

21.12.2025

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Rusiya və Ukrayna müharibəyə son qoymaq üçün danışıqlarda qarşılıqlı kompromislərə getməlidir.

APA xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio “Independent” nəşrinə müsahibəsində bildirib.

Dövlət katibi qeyd edib ki, ABŞ hazırda tərəflərin hansı addımlara hazır olduğunu müəyyənləşdirməyə çalışır.

Marko Rubio deyib ki, Rusiya müharibənin əvvəlində qarşısına qoyduğu məqsədlərə nail ola bilməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью