Rubio Suriyanın ABŞ ın terror siyahısından çıxarılmasını dəstəklədiyini deyib

21.05.2025

Icma.az bildirir, Apa.az portalına istinadən.

ABŞ dövlət katibi, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müvəqqəti köməkçisi vəzifəsini icra edən Marko Rubio, Vaşinqton tərəfindən tərtib olunan "terrorçuluğu dəstəkləyən ölkələr" siyahısından Suriyanın çıxarılmasını dəstəklədiyini, lakin bunun müəyyən şərtlərlə mümkün olduğunu bildirib.

APA xəbər verir ki, bu barədə o, Senatın büdcə komitəsində keçirilən dinləmələr zamanı danışıb.

Mövzu ilə bağlı suala Rubio "Bəli, əgər o, müəyyən standartlara cavab verərsə", – deyə cavab verib.

Bundan əlavə, o, Suriyaya qarşı sanksiyaların mərhələli şəkildə ləğv edilməsini dəstəklədiyini deyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью