Rubio: Tramp dövründə İran nüvə silahına malik olmayacaq

21.02.2025

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Donald Trampın prezidentliyi dövründə İran nüvə silahına malik olmayacaq.

Ölkə.az xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Marko Rubio deyib.

"Düşünürəm ki, burada heç bir şübhə olmamalıdır. İran Donald Trampın dövründə nüvə silahı əldə etməyəcək", -  deyə o, jurnalistə müsahibəsində bildirib.

Xatırladaq ki, İranın ali dini lideri Ayətullah Əli Xamenei ABŞ-la danışıqların qeyri-mümkün olduğunu deyib. Buna səbəb isə ABŞ-nin onları aldatdığını bildirib.

Həmidə İbrahimova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью