Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ dövlət katibi Marko Rubio Türkiyənin Rusiya ilə Ukrayna arasında Qara dənizdə qarşılıqlı hücumların dayandırılması və taxıl daşımalarının təhlükəsizliyinin təmin olunmasına dair atəşkəs təklifini nəzərdən keçirdiklərini bildirib.
Sherg.az-ın məlumatına görə, Rubio G20 xarici işlər nazirlərinin görüşündən sonra Atlantada keçirdiyi mətbuat konfransında Türkiyə və Hindistanın taxıl daşımalarının bərpasına imkan verəcək təkliflər irəli sürdüyünü deyib. Onun sözlərinə görə, Qara dənizdəki hücumlar qlobal ərzaq və enerji təhlükəsizliyinə təsir göstərir.
ABŞ rəsmisi Türkiyənin təxminən bir-iki həftə əvvəl Vaşinqtona təqdim etdiyi təklifləri araşdırdıqlarını vurğulayıb. Rubio qeyd edib ki, belə bir razılaşma müharibəni sona çatdırmasa da, münaqişənin müəyyən istiqamətində problemin həllinə kömək edə bilər.
O, həmçinin Rusiya xarici işlər naziri Sergey Lavrovla qısa görüş keçirdiyini, danışıqlarda Donald Tramp və Vladimir Putinin gələn ay APEC toplantısında və ya dekabrda Mayamidə keçiriləcək G20 sammitində görüşmək imkanının müzakirə olunduğunu açıqlayıb. Rubio Putinin sammitdə iştirakına dair hələlik qəti qərar olmadığını, belə bir görüş baş tutarsa, Ukrayna Prezidenti Volodimir Zelenskinin də dəvət edilə biləcəyini bildirib.