Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bizimyol.info xəbər verir ki, bu barədə Rubio "Fox News"a verdiyi müsahibədə bildirib.
"Onların hazırda sözün əsl mənasında mübahisə etdiyi şey təxminən 30-50 kilometrlik ərazi və Ukraynanın nəzarəti altında qalan Donetsk bölgəsinin 20%-idir. Biz ukraynalıların nə ilə yaşaya biləcəyini, gələcək üçün onların təhlükəsizliyini nəyin təmin edəcəyini anlamağa çalışırıq və düşünürəm ki, müəyyən irəliləyiş əldə etmişik", - deyə dövlət katibi qeyd edib.
2 dekabrda Rusiya lideri Vladimir Putin Kremldə ABŞ Prezidentinin xüsusi elçisi Stiven Vitkovu və ABŞ Prezidenti Donald Trampın kürəkəni, sahibkar Cared Kuşneri qəbul edib. Əsas mövzu Ukraynadakı nizamlaması məsələsi üzərində olub. Söhbət təxminən beş saat davam edib.
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, Amerika sülh planı ilə bağlı dörd sənəddən irəli gələn təkliflərin mahiyyəti müzakirə olunub.
Qadir, Bizimyol.info