Rubio: Ukrayna üçün təklif olunan mümkün təhlükəsizlik zəmanətləri ilə bağlı Moskvanın razılığı hələ əldə olunmayıb

28.01.2026

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qərb ölkələrinin Ukraynaya təklif etdiyi mümkün təhlükəsizlik zəmanətləri ilə bağlı rəsmi Moskvanın razılığı hələ əldə olunmayıb.
APA xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio ABŞ Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə çıxış edərkən deyib.
"Düşünürəm ki, məsələnin bizə aid olan tərəfinin razılaşdırıldığını söyləmək olar. Lakin təbii ki, burada Rusiya dinamikası da mövcuddur. Bu mexanizmin işə düşməsi üçün əsas şərt sülhün əldə olunmasıdır. Əlbəttə, istənilən təhlükəsizlik zəmanəti yalnız münaqişə başa çatdıqdan sonra qüvvəyə minəcək. Bu səbəbdən məsələnin həmin komponenti də nəzərə alınmalıdır", - Rubio vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью