Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 10 noyabr, AZƏRTAC
Ukraynada sülhə nail olmaq yalnız Moskva və Kiyev arasında razılaşma əldə olunması ilə mümkündür.
AZƏRTAC xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio Parisdə jurnalistlərə açıqlamasında bildirib.
“ABŞ bu müharibədə tərəf deyil. Biz münaqişəyə son qoymaq üçün əlimizdən gələni edirik, lakin bunun üçün döyüşən tərəflərin razılığı lazımdır”, – deyə Rubio qeyd edib.
O vurğulayıb ki, Prezident Donald Tramp Ukrayna münaqişəsinin həllini prioritet hesab edir və Vaşinqton diplomatik səylərini davam etdirəcək.
Dövlət katibi Ukraynada seçkilərin keçirilməsi məsələsinə də toxunaraq, bunun üçün sabitliyin vacib olduğunu bildirib.
Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə münaqişənin həlli üzrə danışıqların noyabrın 10-11-də Əbu-Dabidə keçirilməsi planlaşdırılır. Müzakirələrin əsas mövzularından birinin təhlükəsizlik zəmanətləri olacağı bildirilir.