Icma.az, Bizimyol portalına istinadən məlumat yayır. ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Ukraynadakı vəziyyət “mürəkkəb və çətin”dir
Bizimyol.info xəbər verir ki, o, bu barədə "NewsNation" telekanalına müsahibəsində bildirib.
“Aydındır ki, Ukraynada vəziyyət mürəkkəb və ağırdır və bu, çox iş, çox sərt diplomatiya tələb edəcək.
ABŞ prezidenti Donald Tramp bu müharibənin bitməsini istədiyini açıq şəkildə bildirib”, - deyə o qeyd edib.
Tramp fevralın 3-də bildirib ki, ABŞ Ukraynadan nadir torpaq metalları almaqda maraqlıdır və Kiyevdən müvafiq təminatlar axtarır.
Fevralın 4-də o, münaqişənin həlli ilə bağlı razılaşmaların “çox da uzaq olmayan gələcəkdə” əldə olunacağına ümid etdiyini bildirib.
Fevralın 7-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ölkə mətbuatının sualını cavablandırarkən bildirib ki, ABŞ-dan Ukrayna məsələsi ilə bağlı hələlik heç bir əsaslı təklif gəlməyib, hər gün yalnız müxtəlif bəyanatlar müşahidə olunur, sonra isə onlar təkzib olunur.
Qadir, Bizimyol.info Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.