Rubio Ukraynanın istəyini qeyri ciddi adlandırdı

25.02.2025

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ukraynanın nüvə silahı istəyi ciddi deyil.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.

“Düşünmürəm ki, kimsə bunu onların tərəfindən ciddi bir təklif kimi qəbul edir. Və onu da deyim ki, onların nüvə silahı ilə təchiz olunması problemin həlli deyil”, – Rubio deyib.

Xatırladaq ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski NATO-ya üzv olmayacağı təqdirdə təzminat olaraq Ukraynaya nüvə silahı verilməsini istəyib.

Aysel Əliyeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью