Rubio Ukraynanın uzunmüddətli təhlükəsizliyinin yalnız gələcəkdə müzakirə oluna biləcəyini deyib

15.03.2025

Icma.az bildirir, Apa.az portalına istinadən.

Ukraynanın uzunmüddətli təhlükəsizliyinin təmin edilməsi məsələləri yalnız gələcəkdə, tərəflər atəşkəs haqqında razılığa gəldikdən sonra həll edilə bilər.

APA xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Kanadanın Kvebek əyalətində Yeddilik Qrupunun xarici işlər nazirlərinin toplantısından sonra keçirilən mətbuat konfransında deyib.

"Bu, danışıqlarda müəyyən edilməli olan bir şeydir. İki aspekti ayırın: ilkin olaraq hamının bir-birinə atəş açmağı dayandırması lazımdır ki, bu da birinci şərtdir. Sonrakı mərhələ isə bu ölkələrin hər birinin müharibəni bitirmək üçün danışıqlar masasına keçməsidir.”, - Rubio bildirib.

Onun fikrincə, sonrakı danışıqlarda təkcə ABŞ-nin deyil, digər maraqlı ölkələrin, o cümlədən Avropanın da fikirləri nəzərə alınmalıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью