Rubio: USAID rəsmi olaraq bağlanma rejiminə keçib

30.08.2025

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

ABŞ Beynəlxalq İnkişaf Agentliyinə (USAID) yeni direktor təyin olunub.

AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Dövlət katibi Marko Rubio sosial media hesabında yazıb.

O bildirib ki, bu vəzifədə onu İdarəetmə və Büdcə Departamentinin direktoru Rassel Vout əvəz edəcək.

“Yanvar ayından biz vergi ödəyicilərinə on milyardlarla dollar qənaət etməyə imkan vermişik. Bir sıra əsas proqramlar Dövlət Departamentinə köçürüldükdən sonra USAID rəsmi olaraq bağlanma rejiminə keçib. Rassel indi uzun müddət əvvəl relsdən çıxan bir agentliyin bağlanmasına nəzarət etmək üçün vəzifə başındadır”, - deyə Rubio yazıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью