Apa.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ dövlət katibi Marko Rubio və İraqın baş naziri Məhəmməd əl-Sudani telefon danışığı zamanı İraq həbsxanalarında İŞİD döyüşçülərinin saxlanılması məsələsini müzakirə ediblər.
APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Tommi Piqot məlumat verib.
"Katib İraq hökumətini Suriyanın şimal-şərqindəki son qeyri-sabitlikdən sonra İraqdakı obyektlərin təhlükəsizliyini təmin etmək üçün İŞİD üzvlərinin köçürülməsi və saxlanılmasını sürətləndirməkdəki təşəbbüsü və liderliyinə görə tərifləyib", - məlumatda deyilir.