Rubio və Lavrov arasındakı danışıqların DETALLARI

23.07.2026

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiya Xarici İşlər Nazirliyi xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığının baş tutduğunu açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tərəflər son yüksək səviyyəli təmasların davamı olaraq ikitərəfli münasibətlər və beynəlxalq gündəmdə duran geniş məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Məlumata görə, Ukrayna münaqişəsinin müzakirəsi zamanı Sergey Lavrov təmas xəttindəki vəziyyət barədə amerikalı həmkarına məlumat verib. O, Kiyevin silahlandırılmasının yolverilməz olduğunu bildirib, həmçinin Rusiyaya "strateji məğlubiyyət" verməyə çalışan Avropa ölkələrinin siyasətini tənqid edib.

Nazir, həmçinin Rusiyanın münaqişənin siyasi və diplomatik yollarla həllinə hazır olduğunu vurğulayıb və prezidentlər Vladimir Putinlə Donald Tramp arasında Ankoricdə keçirilən görüşdə ABŞ tərəfinin irəli sürdüyü, Rusiya liderinin də razılaşdığı təkliflərə sadiq qaldığını bir daha təsdiqləyib.

Açıqlamada qeyd olunub ki, tərəflər xarici siyasət idarələri arasında təmasların davam etdirilməsi barədə razılığa gəlib, Fars körfəzi regionundakı vəziyyət də daxil olmaqla beynəlxalq məsələləri müzakirə ediblər.

Bundan əlavə, Sergey Lavrov və Marko Rubio "Roskosmos" ilə NASA arasında tamhüquqlu əməkdaşlığın bərpasını alqışlayıb, parlamentlərarası mübadilələrin və mədəni əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Aminə ŞAHSUVARQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью