Rubio və Netanyahu Suriya məsələsini müzakirə ediblər

15.05.2025

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Vaşinqton, 15 may, AZƏRTAC

ABŞ Dövlət katibi Marko Rubio ilə İsrailin baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub.

AZƏRTAC-ın məlumatına görə, dövlət katibi ABŞ-ın İsraillə tarixi münasibətlərinə sadiqliyini və İsrailin təhlükəsizliyinə sarsılmaz dəstəyini vurğulayıb. Dövlət katibi və baş nazir prezident Trampın Səudiyyə Ərəbistanında Suriya prezidenti Əhməd əl-Şara ilə görüşü fonunda Suriya məsələsini müzakirə ediblər. Tərəflər həmçinin, İranın nüvə məsələsi barədə danışıblar.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью