Rubio və Uitkoff Fransada Ukrayna, İran və rüsumları müzakirə edəcəklər

16.04.2025

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Dövlət katibi Marko Rubio və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff cari həftədə Parisə səfər etməyi planlaşdırırlar.

“Report” xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Məlumata görə, Onların Ukraynada münaqişə, İranla qarşılıqlı əlaqə və ABŞ prezidenti Donald Tramp tərəfindən tətbiq edilən rüsumları müzakirə edəcəkləri gözlənilir.

S.Uitkoffun Fransa Prezidenti Emmanuel Makronla görüşəcəyi də deyilir. M.Rubio isə Fransa xarici işlər naziri Jan-Noel Barro ilə danışıqlar aparacaq. Ukrayna, İran və rüsumlardan əlavə, gündəlikdə Qəzza zolağı ətrafındakı vəziyyət də olacaq.

Hər iki görüşün dəqiq tarixləri açıqlanmır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью