Rubio: “Vens prezidentliyə əla namizəddir” VİDEO

27.07.2025

Icma.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AzVision.az xəbər verir ki, ABŞ-nin Dövlət katibi Marko Rubio “Fox News” telekanalına müsahibəsində belə deyib.
“Düşünürəm ki, Cey Di Vens əla namizəd olardı”, - növbəti prezident seçkiləri ilə bağlı planları barədə sualın cavabında Marko Rubio vurğulayıb.
May ayında Ağ Evin hazırkı rəhbərinin oğlu, kiçik Donald Trampın Respublikaçılar Partiyasından 2028-ci ildə ABŞ prezidentliyinə namizəd ola biləcəyi barədə məlumat yayılmışdı.
ABŞ-Çin münasibətləri necə olmalıdır? | VİDEO Mümkün namziədlər arasında, həmçinin vitse-prezident Cey Di Vensin, Dövlət katibi Marko Rubionun, Daxili Təhlükəsizlik naziri Kristi Noemin və üç qubernatorun - Ron DeSantis (Florida), Qlenn Yanqkin (Virciniya) və Brayan Kemp (Corciya) da adlara var.
Lakin aprel ayında Cey Di Vens 2028-ci il seçkilərində ABŞ prezidentliyinə mümkün namizədliyini hələlik nəzərdən keçirmədiyini açıqlamışdı.
Xatırladaq ki, bundan əvvəl ABŞ-nin Dövlət katibi Marko Rubio Vaşinqtonun Pekinlə hörmətcil münasibətlər qurmaq istədiyini bildirib.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью