Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ dövlət katibi Marko Rubio vitse-prezident Cey Di Vensin 2028-ci il prezident seçkilərində namizəd olacağı təqdirdə onu dəstəkləməyə hazır olduğunu bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə "Associated Press" dövlət katibinin köməkçilərinə istinadən məlumat yayıb.
Məlumata görə, Rubio dəfələrlə bildirib ki, Vens prezidentliyə namizədliyini irəli sürərsə, ona tabe olacaq və namizədliyini dəstəkləyəcək.
Aytəkin TOFİQQIZI