Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.
ABŞ dövlət katibi Marko Rubio gələn həftə bir neçə Yaxın Şərq ölkəsinə işgüzar səfər etməyi planlaşdırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Axios” portalının müxbiri Barak Ravid öz mənbələrinə istinadla “X” sosial şəbəkə səhifəsində məlumat verib.
“Marko Rubio gələn həftə Yaxın Şərqə səfər etməyi planlaşdırır: hazırda iki mənbənin qeyd etdiyi kimi, proqrama Küveyt, BƏƏ və Bəhreyn daxildir”, - “Axios” portalının müxbiri bildirib.