Rubio: Zelenski diqqətini müharibənin bitməsi üzərində cəmləməlidir

19.10.2026

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

ABŞ dövlət katibi Marko Rubio Səmərqənd səfəri zamanı Vladimir Zelenskinin prioritetlərini açıqlayıb. ABŞ dövlət katibinin sözlərinə görə, Kiyev rejiminin lideri diqqətini müharibənin bitməsi üzərinə yönəltməlidir.

Məlumatı Rusiya KİV-i verib.

Amerikalı diplomat qeyd edib ki, ABŞ da buna diqqət yetirmək istərdi.

Marko Rubio bildirib ki, hazırkı şəraitdə Vladimir Zelenski Ukraynadakı münaqişəyə son qoymaq üçün yollar axtarmağa üstünlük verməlidir. 

Rubio Səmərqənd səfəri zamanı jurnalistlərə bildirib: “Zelenskinin diqqət yetirməli olduğu və bizim özümüzün diqqət yetirmək istədiyimiz şey bu müharibəyə son qoymaqdır. O, məhz buna diqqət yetirməlidir. Biz hamının buna diqqət yetirməsini istərdik”.

P.ƏMİRCANOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью