Rubiodan Rusiya Ukrayna danışıqlarına REAKSİYA

24.10.2026

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Dövlət katibi Marko Rubio Rusiyanın Ukraynaya qarşı müharibəsinin Moskvanın hərbi yolla ələ keçirməyə çalışdığı, lakin Kiyevin təslim olmaqdan imtina etdiyi Donbas bölgəsi ilə bağlı olduğunu bildirib. 

“Cebheinfo.az”-ın məlumatına görə, Rubio “India Today” qəzetinə verdiyi müsahibədə belə deyib.

Dövlət katibi qeyd edib ki, insanlar bunun Ukraynada müharibə olduğunu deyirlər:

“Bu müharibə Donbas üçündür. Bu, ölkənin bir bölgəsi üçündür”.

Onun sözlərinə görə, bu, Rusiyanın işğal etməyə çalışdığı, lakin hərbi yolla əldə edə bilmədiyi Ukrayna ərazisinin təxminən 11 faizini nəzərdə tutur.

Eyni zamanda, Rubio əlavə edib ki, Ukrayna bu ərazilərdən imtina etmək istəmir. Dövlət katibi Kiyevin mövqeyinin suverenlik və özünün uzunmüddətli təhlükəsizlik mülahizələrinə əsaslandığını deyib.

Rubio hesab edir ki, müharibənin bitməsi hər iki tərəfdən güzəştlər tələb edəcək.

O qeyd edib ki, münaqişə döyüş meydanında həll edilə bilməz:

“Ona yalnız diplomatiya yolu ilə son qoymaq olar. Məsələ budur ki, hər iki tərəfin müəyyən fayda əldə etdiyi, eyni zamanda güzəştlərə gedib sona qədər davam edən bir nəticəyə nail olmaq mümkündürmü?”

O bildirib ki, ABŞ Kiyev və Moskva arasındakı danışıqlarda vasitəçilik etməyə davam etməyə hazırdır.

Eyni zamanda, o, iki tərəf arasında görüşün həll yoluna zəmanət vermədiyini etiraf edib:

“Bu çətindir, amma sizə deyəcəm: nə qədər çətin olsa da, hər iki tərəf oturub danışmağa başlamazsa, bunu etmək mümkün deyil. Biz isə vasitəçi rolunu oynamaqdan məmnun olarıq.

Biz də məhz bunu etməyə çalışırıq. Biz demirik ki, onları sadəcə eyni otağa toplamaq problemi həll edəcək. Amma onları eyni otağa toplaya bilməsək, bunu həll etmək şansımız yoxdur”.

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью