Rubiodan Sibiqaya: Müharibəni bitirmək üçün addım atırıq

22.02.2025

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Dövlət katibi Marko Rubio Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə telefon danışığında Vaşinqtonun Ukrayna münaqişəsinin həlli üçün BMT-də addımlar atdığını vurğulayıb.

Axar.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus bildirib.

Onun sözlərinə görə, Rubio Prezident Donald Trampın BMT Təhlükəsizlik Şurasında effektiv fəaliyyət də daxil olmaqla, Ukraynadakı münaqişəyə son qoymaq öhdəliyini bir daha təsdiqləyib.

Qeyd edək ki, ABŞ-ın fevralın 24-də BMT Baş Assambleyasında Ukrayna münaqişəsinin həllinə dair “tarixi qətnamə” təqdim edəcəyi bildirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью