Icma.az, Konkret.az saytına istinadən bildirir.
KONKRET.az xəbər verir ki, ABŞ Dövlət katibi Marko Rubio Senatda keçirilən dinləmələr zamanı USAID proqramlarının bir hissəsinin ləğv edildiyini və xarici yardımın əsas məqsədinin ABŞ-ın milli maraqlarını irəli aparmaq olduğunu bildirib.
“Bəli, USAID-də bir sıra müqavilələri ləğv etdik. Bəziləri sadəcə axmaq və qeyri-ciddi idi, digərləri isə milli maraqlara uyğun gəlmirdi. Lakin bəzi layihələri saxladıq. İndi isə bu agentliyi Dövlət Departamentinin strukturuna daxil edirik. Bilirsiniz niyə? Çünki biz istəyirik ki, bu, ABŞ-ın xarici siyasət alətlərinin bir hissəsi olsun, ayrıca bir qurum kimi yox. Bu, xeyriyyəçilik deyil. Xarici yardım xeyriyyə deyil, onun məqsədi ABŞ-ın milli maraqlarını təmin etməkdir”, – deyə Rubio bildirib.
Natiq Səlim,
KONKRET.az