Rubionun ən böyük qorxusu: Özü AÇIQLADI

12.08.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

ABŞ dövlət katibi Marko Rubio xaricə səfərləri zamanı ən böyük qorxusunun nə olduğunu açıqlayıb.

Redaktor.az xəbər verir ki, Rubio bunu Katie Millerin podkastında danışarkən bildirib. O, dünyanın digər tərəfində yerləşən otel otağında tək olarkən yeməkdən boğulmaqdan qorxduğunu deyib.

“Ən böyük qorxum dünyanın o biri tərəfində otel otağında tək qalmaq, bir tikə bifşteksdən boğulmaq və səhərədək heç kimin məni tapmamasıdır”, - deyə Rubio bildirib.

ABŞ dövlət katibi bu ehtimaldan o qədər narahat olduğunu deyib ki, boğulma zamanı istifadə edilən dörd xüsusi cihaz alıb.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью