Rublu olanların diqqətinə Banklar valyutanı dəyişmir

14.10.2025

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Bakıda bir sıra banklar Rusiya rublunu dəyişməkdən imtina edirlər.

Bununla bağlı Bakupost.az -a vətəndaşlar bildiriblər:

"Xalq Bank"a yaxınlaşıb 5000 rublu dəyişmək istədim. Lakin bankın əməkdaşı "rublu dəyişmirik" dedi. Səbəbini soruşduqda isə "Bankın qərarıdır" deyə bildirdi. Daha sonra "Yelo Bank"a yaxınlaşdım. Burada da "Bankın qərarıdır" deyib valyutanı dəyişmədilər".

Mövzu ilə bağlı Bakupost.az -a bank eksperti Əkrəm Həsənov açıqlama verib.

Ekspertin sözlərinə görə, həmin banklar rublla alver etmirlər:

"Hazırda Azərbaycanda rubla tələbat yüksək deyil. Son vəziyyətlə bağlı Rusiyaya az insan gedir. Xarici valyutanın alğı-satqısı ona tələbatdan asılıdır. Tutaq ki, bizim banklar hansısa Afrika ölkəsinin valyutası ilə alış-veriş etmirlər. Çünki tələbat yoxdur.

Həm də Rusiya valyutası çox qeyri-sabitdir".

Aygün Nəbiyeva,

BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью