Rublun məzənnəsi kəskin dəyişə bilər İyunun 6 da | Icma.az
Metbuat saytına istinadən Icma.az xəbər verir. Rusiya Mərkəzi Bankı iyunun 6-da uçot dərəcəsini azaltmağı müzakirə edəcək.
Metbuat.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu qərara səbəb inflyasiya, biznes aktivliyi, kreditləşmə və rublun möhkəmlənməsi ilə bağlı yeni makroiqtisadi göstəricilər əsas olub.
İnflyasiyanın zirvəsi artıq mart ayında keçilib, apreldə və mayda isə qiymət artımının sürəti daha da zəifləyib.
Buna baxmayaraq, Rusiya Mərkəzi Bankının əsas (uçot) faizi 21% səviyyəsində qalır. Əhalinin inflyasiya gözləntiləri də hələ də yüksəkdir.
Mart ayında 13.1 faiz olan bu göstərici cari ayda 13,4%-ə çatıb.
"Rosstat"ın məlumatına əsasən, 20–26 may tarixləri arasında istehlak qiymətləri cəmi 0,06% artıb.İlin əvvəlindən bəri ümumi inflyasiya 3,34%, illik göstərici isə 9,8% təşkil edir.
Rusiya Mərkəzi Bankının açıqlamalarına görə, inflyasiya gözləntiləri faktiki qiymət artımından daha çox təsir göstərir, bu isə faiz dərəcəsinin gözlənildiyindən daha uzun müddət yüksək qalmasına gətirib çıxara bilər.
Dövlət Dumasının maliyyə bazarları üzrə komitə sədri Anatoli Aksakov da daxil olmaqla bəzi ekspertlər faiz dərəcəsinin 0,25 bənd azaldılacağını gözləyirlər.
Tam oxu
Xəbəri oxu