Rublun ucuzlaşması manata təsir edəcək?

04.12.2024

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son günlər Rusiyada dolların məzənnəsi artmağa başlayıb.

Sonuncu statistikaya görə, Rusiya Mərkəzi Bankı dolların məzənnəsini 102,58 rubl qeyd edib. 

Bir sıra ekspertər hesab edirlər ki, rublun məzənnəsinin aşağı düşməsi manata da təsir göstərəcək.

Maraqlıdır, rublun zəifləməsi manata necə təsir edəcək? Həqiqətənmi, rublun dollar qarşısında zəifləməsi azərbaycanlı sahibkarlara ciddi ziyan vuracaq?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Razi Abbasbəyli “Cebheinfo.az”-a şərhində qeyd edib ki, rublun zəifləməsi ixracatın ziyanına, idxalın isə xeyrinədir:

“Qeyd edim ki, Azərbaycan üçün Rusiya böyük bir bazardır. Azərbaycanda aqrar sektoru üzrə istehsal olunan məhsulların böyük bir hissəsi Rusiyaya ixrac olunur. Belə ki, 2022-ci ilin fevralında Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Azərbaydan Rusiyaya aqrar məhsullarının ixracatında xeyli artım olub.

O ki qaldı rublun dollar qarşısında dəyər itirməsinin manata təsirinə, bidirim ki, bu, qarşılıqlı ticari münasibətlərdə azərbaycanlı sahibkarlarına ciddi ziyan vurur. Azərbaycanda baha qiymətə alınan məhsulları Rusiyaya aparıldıqda, məlum olur ki, rubl dollar qarşısında dəyər itirib.

Məhz bu, sahibkarların qazancını azaldıb. Eyni zamanda, rublun məzənnəsinin aşağı düşməsi ixracata da mənfi təsir göstərir, ixracatın dəyər itirməsinə gətirib çıxarır. Buna baxmayaraq, bunun mənfi nəticələri ilə yanaşı müsbət nəticələrini də nəzərə almaq lazımdır. 

Rubl dollar qarşısında dəyər itirdiqcə, nəticə etibarı ilə bu, Azərbaycana Rusiyadan idxal olunan məhsulların, xüsusilə tikinti materialları, buğda və qida məhsullarının qiymətində ucuzlaşma baş verir.

Yəni, bu, idxalda əlverişli şərait yaradır, amma ixracatda ciddi problemlərə səbəb olur. İxracatda ziyanımıza olması milli valyuta, manata xarici təsirləri artırır”.

Yunis Abdullayev 
Cebheinfo.az

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью