Rud van Nistelroy formasını geyindiyi Almaniya klubunu çalışdıra bilər

25.11.2024

Icma.az, Fanat saytına istinadən bildirir.

Həmyerlisi Erik ten Haq istefaya göndəriləndən sonra bir müddət "Mançester Yunayted"də baş məşqçinin funksiyalarını yerinə yetirən Rud van Nistelroy məşqçilik karyerasını Almaniyada davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, məlumatı "Sky Germany" yayıb.

Xəbərə görə, onun xidmətində İkinci Bundesliqa təmsilçisi "Hamburq" maraqlıdır. 

Qeyd edək ki, van Nistelroy üçün "Hamburq" yad camiə deyil. 48 yaşlı sabiq forvard 2010-2011-ci illərdə bu klubun uğurları üçün çalışıb.

Nihat

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью