Rud van Nistelroy Mahir Emreli ilə eyni divizionda

25.11.2024

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İngiltərənin "Mançester Yunayted" klubunda baş məşqçi vəzifəsini müvəqqəti icra etmiş Rud van Nistelroy Almaniyanın II Bundesliqasında təmsil olunan "Hamburq" klubunu çalışdıra bilər.

Oxu.Az xəbər verir ki, bu barədə "Sky Germany" nəşri məlumat yayıb.

Qeyd edək ki, Rud van Nistelroy futbolçu kimi "Hamburq"da çıxış edib. O, Almaniya klubunun forması ilə 17 dəfə fərqlənib.

Xatırladaq ki, futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli Almaniyanın II Bundesliqasında təmsil olunan "Nürnberq" klubunda top qovur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью