Rudenko ABŞ, Rusiya və Çin liderlərinin mümkün görüşü barədə danışıb

28.10.2026

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin Sədri Si Cinpinin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) forumu çərçivəsində görüşünün keçirilib-keçirilməyəcəyinin hələlik dəqiq təsdiqlənməyib”.

525.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko jurnalistlərə açıqlamasında bildirib.

“Hazırda bu sammitin ev sahibi olan çinli dostlarımız məsələ ilə məşğuldurlar. Əgər belə bir sammit keçirilərsə, əlbəttə, üç dövlətin razılaşdıracağı müxtəlif mövzular gündəmdə olacaq. Bu mövzulardan hər hansı biri dövlətlərdən birinə və ya digərinə uyğun gəlməsə, gündəliyə daxil edilməyəcək”, - Rudenko qeyd edib.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью