Rudi Qarsiya bu millini ÇALIŞDIRACAQ

24.01.2025

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Futbol üzrə Belçika milli komandasının yeni baş məşqçisi müəyyənləşib. 
Bizim.Media xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Məlumata görə, "qırmızı şeytanlar"ı Rudi Qarsiya çalışdıracaq. Dünən fransalı mütəxəssislə müqavilə imzalanıb. Yaxın zamanda rəsmi açıqlama veriləcək.
Qeyd edək ki, Belçika Futbol Federasiyası bir neçə gün öncə yığmanın baş məşqçisi Domeniko Tedesko ilə yollarını ayırıb. Rudi Qarsiyanın son iş yeri isə "Napoli" olub.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью