Rüdiger 2 3 həftə yaşıl meydanlardan kənar qalacaq

02.02.2025

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

"Real Madrid"in mərkəz müdafiəçisi Antonio Rüdiger La Liqanın 32-ci turu çərçivəsində "Espanyol"la oyunda (0:1) sağ ayağının bud əzələsindən zədə alıb.

İdman.biz xəbər verir ki, jurnalist Xavyer Birlanqa sosial şəbəkədə 31 yaşlı futbolçunun bu səbəbdən 2-3 həftə yaşıl meydanlardan kənar qala biləcəyini bildirib.

Almaniyalı müdafiəçinin La Liqada “Atletiko Madrid”lə oyunda (8 fevral) və Çempionlar Liqasında 1/8 finala çıxmaq uğrunda “Mançester Siti” ilə ilk pley-off matçında iştirak edə bilməyəcəyi vurğulanır.

Qeyd edək ki, Rüdiger "Espanyol"la matçın 15-ci dəqiqəsində əvəzlənib.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью