Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Almaniya futbol millisinin müdafiəçisi Antonio Rüdiger yığmadakı çıxışını başa vurmaq niyyətində olub.
İdman.Biz xəbər verir ki, futbolçu Paraqvaya məğlubiyyətdən dərhal sonra paltardəyişmə otağında komanda yoldaşlarına milli karyerasını bitirmək istədiyini bildirib.
Lakin Yürgen Kloppun Almaniya millisinin baş məşqçisi təyin edilməsindən sonra Rüdiger qərarını dəyişməyə yaxınlaşıb. Müdafiəçinin yeni mütəxəssisin rəhbərliyi altında yığmada çıxışını davam etdirmək variantını açıq saxladığı bildirilir.