Rüdiger Mourinyonun “Real”a qayıtmasından danışıb

16.06.2026

Milli.az saytına istinadən Icma.az xəbər verir.

"Real Madrid"in mərkəz müdafiəçisi Antonio Rüdiger komandanın yeni baş məşqçisi Joze Mourinyo haqqında fikirlərini bölüşüb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki,  portuqaliyalı məşqçi 13 il sonra "Real Madrid"ə qayıdıb.

"Mourinyo kimi məşqçi gerçəkləşən bir xəyaldır. Mən onunla işləməyə hazıram", - deyə "Madrid Zone" Rüdigerdən sitat gətirib.

Mourinyo bu ilin yanvar ayında Xabi Alonsonun istefasından sonra kluba qoşulan Alvaro Arbeloanı əvəz edib.

"Benfika"nın məşqçisi "Los Blancos"la 2029-cu ilin ortalarına qədər müqavilə imzalayıb. Mourinyo əvvəllər 2010-cu ildən 2013-cü ilə qədər "Real Madrid"in baş məşqçisi olub. Bu müddət ərzində o, komandanı İspaniya liqasının tituluna, eləcə də İspaniya Kuboku və Super Kubokuna gətirib çıxarıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью