Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.
"Real"ın müdafiə xəttinin liderlərindən olan Antonio Rüdiger ilə müqavilənin müddətini uzadıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
33 yaşlı futbolçu ilə 2027-ci ilin yayına kimi qüvvədə olacaq yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, "Real" Antonio Rudigeri 2022-ci ilin yayında "Çelsi"dən transfer edib. 33 yaşlı mərkəz müdafiəçi bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda 1 qolla yadda qalıb.