Rüdiger üç ayadək oyunlarda iştirak etməyəcək

12.09.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

"Real Madrid" mərkəzi müdafiəçisi Antonio Rüdigerin səhhəti ilə bağlı açıqlama verib.

İdman.biz bildirir ki, açıqlama klubun rəsmi saytında yerləşdirilib.

"Tibbi xidmətimiz tərəfindən bu gün oyunçumuz Antonio Rudiger üzərində aparılmış testlərdən sonra ona sol bud sümüyü zədəsi diaqnozu qoyulub. Biz hadisələrin inkişafını gözləyirik", - açıqlamada deyilir.

Jurnalist Araxna Rodriqesin sözlərinə görə, 32 yaşlı futbolçu təxminən 3 ay meydanlardan kənarda qalacaq.

Ötən mövsüm almaniyalı bütün turnirlərdə 55 matçda iştirak edib və bu matçlarda 3 qol vurub və bir məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 20 milyon avrodur.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью