Rudigeri finaldakı hərəkətinə görə hansı cəza gözləyir?

27.04.2025

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Real”ın müdafiəçisi Antonio Rudiger İspaniya kubokunun “Barselona” ilə final matçında etdiyi hərəkətlərə görə 4-12 oyun müddətinə diskvalifikasiya oluna bilər.

"Ölkə.az" xəbər verir ki, bu barədə AS məlumat yayıb.

Madrid klubunun almaniyalı müdafiəçisi son dəqiqələrdə qırmızı vərəqə alıb. İkinci əlavə vaxtda hakim Erik Qarsiyanın Kilian Mbappeyə ötürməsi səbəbindən “Real”ın hücumunu dayandırıb. Epizod ehtiyatda olan Rudigerin qəzəbinə səbəb olub. O, hakimə əşya atıb və buna görə meydandan qovulub.

Məşqçilər korpusu və “Real” oyunçuları qəzəblənmiş Rudigeri çətinliklə sakitləşdiriblər.

Qeyd edək ki, “Barselona” Madrid klubunu 3:2 hesabı ilə məğlub edərək Kral Kubokunun qalibi olub.(Publika.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью