futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İspaniya Kral Futbol Federasiyası “Real”ın müdafiəçisi Antonio Rüdigerlə bağlı qərarını açıqlayıb.
Futbolpress.az xəbər verir ki, Madrid komandasının alman futbolçusu 6 oyunluq diskvalifikasiya olunub. Cəza La Liqa matçlarına da şamil edilir. Bu o deməkdir ki, Rüdiger çempionatın qalan beş turunu və növbəti mövsümün ilk turunu buraxacaq.
Diskvalifikasiyaya səbəb futbolçunun “Barselona” ilə İspaniya Kral Kubokunun final matçının sonunda hakimi buzla vurmağa çalışması olub.
Lukas Vaskes İspaniya kubokunda iki oyunluq diskvalifikasiya edilib. Cud Bellingemin cəzası isə ləğv edilib.