Rüfət Abbasov “Neftçi”nin çempionluq hədəfindən danışdı Video

24.08.2026

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rüfət Abbasov “Neftçi”nin çempionluq hədəfindən danışdı - Video

"Neftçi"nin futbolçusu Rüfət Abbasov komandasının qarşıdakı hədəflərindən danışıb.

QOL.az xəbər verir ki, 21 yaşlı müdafiəçi bu barədə Misli Premyer Liqasının 5-ci turunda "Araz-Naxçıvan"a qalib gəldikləri (5:0) matçdan sonra fikirlərini bölüşüb.

"Sabah" və "Qarabağ"a avrokuboklarda uğurlar arzulayan Rüfət Abbasov çempion olmaq istədiklərini deyib: 

"Sabah"ı təbrik edirəm. "Qarabağ"a isə uğurlar arzulayıram. Çünki onlar bizim ölkəmizi təmsil edirlər. Biz öz işimizi görəcəyik. İnşallah, bütün oyunlara qələbə üçün çıxacağıq və əlimizdən gələnin ən yaxşısını edəcəyik. Bildiyiniz kimi, bu il "Neftçi"nin 90 illiyidir. Çempion olmaq istəyirik. İnşallah, bunu bacararıq".

View this post on Instagram

A post shared by QOL.az - Football/sports news (@qolaz)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью