Rüfət Abdullazadə 90 dəqiqə oynadı, komandası məğlub oldu

31.08.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

İsrail Toto Kubokunda pley-off mərhələsinin qarşılaşmaları baş tutub.

Futbolpress.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Rüfət Abdullazadənin şərəfini qoruduğu “Kiryat Şimona” öz azarkeşləri önündə “Hapoel” (Təl-Əviv) ilə üz-üzə gəlib. Gərgin keçən görüş qonaqların 2:1 hesablı üstünlüyü ilə yekunlaşıb və bu nəticə ilə onlar adlarını həlledici mərhələyə yazdırıblar.

16 avqust

“Kiryat Şimona” – “Hapoel” (Təl-Əviv) 1:2

Qollar: A. Uqarriza, 6; D. Dappa, 90+7, 90+9

Rüfət Abdullazadə matça ilk “11-lik”də başlayıb və 90 dəqiqə meydanda mübarizə aparıb.

Əlavə edək ki, “Hapoel” (Təl-Əviv) final qarşılaşmasında “Makkabi” (Təl-Əviv) ilə kubok uğrunda qüvvəsini sınayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью