Rüfət Abdullazadə İsrail klubundakı gələcəyi ilə bağlı danışdı

24.11.2026

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Bəli, artıq komandaya qayıtmışam. Komanda yoldaşlarım və baş məşqçi məni çox yaxşı qarşıladılar. Təbii ki, millidəki qələbələrə görə təbrik etdilər. Hər şey yaxşıdır, qaydasındadır”.

Bu sözləri “İroni Kiryat Şmona” futbol komandasının üzvü Rüfət Abdullazadə deyib.

O, İsrail klubunun hazırda turnir cədvəlindəki vəziyyətindən bəhs edib.

“Hapoel Ramat-Qan”la qarşılaşacağıq. Əlbəttə ki, çox vacib oyundur. Hazırda turnir cədvəlində vəziyyətimizi yaxşılaşdırmaq istəyirik. Bu matça ciddi hazırlaşırıq. Məqsədimiz 3 xal qazanmaq və yuxarı pillələrə qalxmaqdır”, - deyə o sportal.az-a açıqlamasında bildirib.

Abdullazadə “Hapoel”in yayda onun transfer hüququna sahib çıxmaq istəyib-istəmədiyi barədə də danışıb:

“Hələlik bu barədə konkret danışığımız olmayıb. Mənim əsas məqsədim hazırda komandada yaxşı oynamaq, özümü göstərmək və komandaya kömək etməkdir. Gələcəklə bağlı bir fikrim yoxdur. Hər şeyi zaman göstərər”.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью