Rüfət Abdullazadə: “Tez təslim olan biri deyiləm”

24.01.2026

Icma.az bildirir, sport24.az portalına istinadən.

"Zirə"nin futbolçusu Rüfət Abdullazadə Misli Premyer Liqasının XVII turunda "Neftçi" ilə qolsuz heç-heçə etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Sport24.az həmin müsahinəni təqdim edir…
- İlk olaraq "Zirə"yə keçidinizlə bağlı fikirlərini almaq istəyirdik…
- ⁠İcarəyə gəlmək variantım var idi. Çünki "Varazdin" klubunda sonra matçlarda az oynayırdlm. Mən də oynamaq istəyirdim. "Zirə"dən təklif oldu, mən də qərar verdim. Buna görə də çox şadam.
- Ötən ilin sonlarında müsahibənizdə qayıtmaq fikrinizin olmadığını demişdin. Karyeranı Avropa davam etdirmək istədiyinizi deyirdiniz. Qısa müddət ərzində nə deyişdi ki, vətənə qayıtmaq qərarına gəldin?
- ⁠Əlsində, dəyişən bir şey yoxdur. Sadəcə, bəzi şeyləri deyirəm, saytlarda başqa cür yazırlar. Təbii ki, orada oynamaq qürurdur. Daim oynamaq lazımdır. Oynamıramsa, alternativlərə baxmaq lazımdır. Bilirsiniz ki, orada rəqabət tamam başqadır. Mən də bunu dəyərləndirdim.
- Bunu geri addım hesab etmirsən?
- ⁠Xeyr.
- Necə oldu ki, Xorvatiya klubu sizə şans vermədi?
- ⁠Dediyim kimi, Xorvatiya rəqabət güclüdür. Oynamaq üçün variantları nəzərdən keçirdim və "Zirə"nin daha uyğun olduğunu gördüm.
- Özünü həmin klubda kimdənsə zəif hesab edirdin?
- ⁠Xeyr. Xorvatiya liqasına yenidən qayıtmaq üçün üzərimdə daha da işləməliyəm. Tez təslim olan biri deyiləm. Daim öz üzərimdə işləyirəm. Rəqabətə tab gətirməyə çalışacağam.
- Mövsümün sonunda qayıtmağı düşünürsünüz?
- ⁠Hələkil burdayam. Komandaya xeyir verməyə çalışacağam.
- "Zirə"nin qış təlim-məşq toplanışına qatılmadın. Səbəb nə idi?
- ⁠Şəxsi məsələlər var idi.
- Hazırda fiziki cəhətdən özünü hazır hesab edirsən?
- ⁠Bəli. Baş məşqçi ilə də daim danışırıq. Fikirləşirəm ki, artıq hazıram.
- "Zirə"də əsas heyətə düşə biləcəksən?
- ⁠"Zirə" də yaxşı kollektivdir. Yerdən asılı olmayaraq daim üzərində çalışmalısan. Mən də belə edəcəyəm.
- Sizcə, əksər azərbaycanlı futbolçuların legioner həyatının qısa alınması nə ilə əlaqədardır?
- ⁠Hər futbolçunun xarakteri başqa cürdür. Sadəcə, mən oynamaq istəyirdim. Daim meydanda olmaq istəyirəm. Xorvatiyada mənə görə hər şey yaxşı idi və qaydasında idi. Oynamaq istədiyim üçün buraya gəlmişəm, başqaları adından danışa bilmərəm.
- Bu, azarkeşlərdə və mətbuatda bir az məyusluq yaradır ki, azərbaycanlı futbolçuların legioner həyatı alınmır…
- ⁠Bu, zamandan da asılıdır. Yavaş-yavaş daha yaxşıyaya doğru irəliləyirik. Gələcəkdə daha yaxşı olacağıq.
- "Zirə"də debüt etdin. Bu barədə nə deyə bilərsən?
- Epizodları dəyərləndirməyə çalışdım. Fikirləşirəm ki, bir neçə oyuna daha yaxşı olacağam

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью