Rüfət Abdullazadənin komandası İsrail çempionatında qalib gəldi

07.11.2026

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan millisinin yarımmüdafiəçisi Rüfət Abdullazadənin çıxış etdiyi “Kiryat Şmona” İsrail Premyer Liqasında qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, komanda çempionatın 10-cu turunda doğma meydanda “Hapoel Hayfa”nı 2:0 hesabı ilə məğlub edib.

Qarşılaşmanın ilk hissəsində hesab açılmayıb. Meydan sahibləri 69-cu dəqiqədə Şay Ben Davidin qolu ilə önə keçiblər. Matçın 90+3-cü dəqiqəsində isə Bilal Şahin yekun hesabı müəyyənləşdirib.

Rüfət Abdullazadə görüşə ehtiyat oyunçular skamyasında başlayıb. Azərbaycanlı yarımmüdafiəçi 58-ci dəqiqədə Ariel Şeratskini əvəzləyərək meydana daxil olub.

Bu qələbədən sonra “Kiryat Şmona” xallarının sayını yeddiyə çatdıraraq turnir cədvəlində 11-ci pilləyə yüksəlib.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью