Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan millisinin yarımmüdafiəçisi Rüfət Abdullazadə İsrail futbol çempionatının dördüncü turunun matçında iştirak edib.
İdman.Biz-in məlumatına görə, azərbaycanlı futbolçunun çıxış etdiyi “Kiryat-Şmona” öz meydanında Hayfanın “Makkabi” komandası ilə qarşılaşıb.
Matç meydan sahiblərinin 0:4 hesablı ağır məğlubiyyəti ilə başa çatıb.
Abdullazadə oyuna start heyətində başlayıb və 69 dəqiqə meydanda olduqdan sonra əvəzlənib.
Bu məğlubiyyətdən sonra “Kiryat-Şmona” 3 xalla İsrail çempionatının turnir cədvəlində 11-ci pillədə qərarlaşıb.