Rüfət: “Ani diqqətsizlik məğlubiyyətə səbəb oldu”

03.12.2025

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Şamaxı” Premyer Liqanın XIII turunda “Sumqayıt”a uduzub – 1:2.

Bölgə təmsilçisinin futbolçusu Rüfət Abbasov “Futbolpress.az“a açıqlamasında məğlubiyyəti şərh etdi:

“Çətin oyun olacağını bilirdik. Hər iki komanda meydanda yaxşı mübarizə aparırdı. İkinci hissədə önə keçsək də, sonda qələbəni əldən verdik. Ani diqqətsizlik məğlubiyyətə səbəb oldu”.

Müdafiəçi oyunun sonlarında komandaların baş məşqçiləri arasında yaşanan gərginliklə bağlı danışmağın düzgün olmadığını vurğuladı. O, kubokda I Liqa təmsilçisi “Baku Sporting”lə oyundan da söz açdı:

“Hər oyuna ciddi yanaşırıq. Rəqibin kimliyindən asılı olmayaraq hədəfimiz hər zaman yaxşı nəticə əldə etməkdir. Meydanda ən yaxşısını edib, növbəti mərhələyə yüksəlməyə çalışacağıq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью