Rüfət Dadaşov dubl etdi

27.03.2025

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Almaniyada Şimal-Şərq Regional Liqasında 26-cı turun oyunları keçirilir.

QOL.az xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi Berlin “Dinamo”su səfərdə “Zehlendorf”a qalib gəlib  - 5:3. Oyunun 43-cü dəqiqəsinə qədər hesabda 1:3 geridə olan Berlin təmsilçisi sonradan 4 qol vuraraq qələbə qazanıb. 

Dadaşov bu oyunda dubl edib. 3-cü dəqiqədə hesabı açan 33 yaşlı forvard 75-ci dəqiqədə 4-cü qolu vurub. Rüfət bu mövsüm çempionatda vurduğu qolların sayının 11-ə çatdırıb. O, Berlin kubokunda isə 4 dəfə rəqib qapısına yol tapıb.

"Dinamo" hazırda 40 xalla 6-cı pillədə qərarlaşıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью