Rüfət Dadaşov zədələndi: “Dinamo” ilk dəqiqələrdə dəyişiklik etdi

25.03.2026

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Azərbaycan millisinin keçmiş futbolçusu Rüfət Dadaşov zədə ilə üzləşib.

İdman.Biz xəbər verir ki, Berlin “Dinamo”sunun formasını geyinən hücumçu Almaniya Regionliqanın 27-ci turunda “Altqlieniçke” ilə ev matçında sıradan çıxıb.

Görüşə start heyətində başlayan və kapitan sarğısını daşıyan 34 yaşlı forvard matçın ilk dəqiqələrində xəsarət alıb. Bu səbəbdən məşqçilər korpusu erkən məcburi əvəzləmə edərək onu meydandan çıxarıb.

Futbolçunun zədəsinin ciddiliyi tibbi müayinədən sonra dəqiqləşəcək.

“Dinamo” - “Altqlieniçke” görüşü 1:1 hesabı ilə başa çatıb. “Dinamo” hazırda 27 xalla çempionatda 13-cü pillədə qərarlaşır.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью