Icma.az, Qol.az portalına istinadən məlumat verir.
Rüfət İsraildə gözəl qol vurdu - Video
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Azərbaycan millisinin üzvü Rüfət Abdullazadə İsraildə növbəti qolunu vurub.
QOL.az xəbər verir ki, "Kiryat Şimona"da çıxış edən 25 yaşlı vinger İsrail çempionatının 2-ci turunda "İroni Tiberiyas"la görüşdə rəqib qapısına yol tapıb. Onun cərimə zərbəsindən vurduğu qol baxımlı alınıb.
Start heyətdə meydana çıxan Rüfət 72-ci dəqiqədə fərqlənib. Oyun Rüfətin komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu yay İsrail klubuna keçən Abdullazadənin aktivində 2 qol var. O, İsrail kubokunda da 1 qol vurub.