Rüfət Nasosnu “Qarabağ”ı xəyanətdə suçladı: “Yüzminlik maşınlarınızla...”

11.12.2025

Icma.az, Yenisabah saytına istinadən bildirir.

Rüfət Nasosnu “Qarabağ”ın “Ayaks”a 2:4 hesabı ilə məğlubiyyətinə sərt tənqidi mövqe bildirib.

"Yeni Sabah" xəbər verir ki, meyxanaçı matçı “azarkeşə, futbola və ölkəyə xəyanət” adlandıraraq, xüsusilə, futbolçu Nəriman Axundazadənin oyuna buraxılmasını məqsədli addım kimi qiymətləndirib:

"Dünənki oyun azarkeşə, futbola və nəhayət ölkəyə xəyanət idi. Nəriman oyuna məqsədli şəkildə buraxılıb (Qurbanov bunun səbəbini açıqlamalıdır).

Siz oyundan sonra yüzminlik maşınlarınızla milyonluq evinizdə dincələndə, biz tıxacda, yağış altında evin yolunu axtarırdıq.

Qurbanı çox böyütdük ki, daha da böyüsün, o isə bizi incitdi". 

Əsmətxanım Rzazadə 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью