futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İsrail Premyer Liqasında II turun qarşılaşmaları keçirilib.
Futbolpress.az xəbər verir ki, azərbaycanlı futbolçu Rüfət Abdullazadənin formasını geyindiyi “Kiryat Şmona” öz meydanında “İroni Tiberias” klubunu qəbul edib. Görüş ev sahiblərinin 2:0 hesablı inamlı qələbəsi ilə başa çatıb.
“Kiryat Şmona” – “İroni Tiberias” 2:0
Qollar: Amadu Sanya, 31, Rüfət Abdullazadə, 72
Qarşılaşmaya ilk “11-lik”də başlayan Rüfət Abdullazadə matçın 72-ci dəqiqəsində adını tabloya yazdıraraq komandasının ikinci qoluna imza atıb. O, 78-ci dəqiqədə əvəzlənərək meydandan çıxıb.
Bu qələbədən sonra xallarının sayını 3-ə çatdıran “Kiryat Şmona” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.